Home / Diaspor / Polşada Azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb

Polşada Azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb

Polşada Azərbaycanlı Gənclər Şurası tərəfindən bu ölkədə yaşayan və yeni gələn həmyerlilərimiz üçün “qaynar xətt” yaradılıb. Şuranın sədri Nail Əhməd DiasporNews-a bildirib ki, “qaynar xət”də əsasən hüquqi yardımla bağlı daxil olan zənglərin operator tərəfindən cavablandırılması nəzərdə tutulur. Onun sözlərinə görə, “qaynar xətt” +48 576 164 876 nömrəsində işləyəcək və zənglər operativ cavablandırılacaq.

Nail Əhməd bildirib ki, “qaynar xətt” Azərbaycan, Rus, İngilis,Türk və Polyak dillərində soydaşlarımızın xidmətində olacaqdır. O, qeyd edib ki, burada məqsəd həmyerlilərimizin sosial problemlərinə dəstək olmaqdır:

“Cünki biz tez-tez hemyerlilərimizin oturum izni ilə bağlı eyni zamanda hüquq mühafizə orqanları ilə problemlərinin olduğunu nəzərə alaraq belə bir addım atmağa qərara gəldik. Əgər bu addım istədiyimiz effekti verərsə novbəti ildən vətəndaşlarımız üçün ödənişsiz hüquq məsləhətxanası açmağı düşünürük”.

Polşada Azərbaycanlılar üçün "qaynar xətt" yaradılıb

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600