Home / Diaspor / Polşada erməni təxribatının qarşısı alınıb

Polşada erməni təxribatının qarşısı alınıb

Polşanın paytaxtı Varşava şəhərində “TTWarsaw” adlı beynəlxalq turizm sərgisində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəriLeyla Abdullayeva bildirib.  O bildirib ki, Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən sözügedən sərgi zamanı Ermənistana məxsus stenddə Azərbaycanın işğal altındakı ərazilərinin təşviqinə dair şəkil və bayraqların nümayiş olunduğu müəyyən edilib.

Məsələ ilə əlaqədar səfirlik sözügedən sərginin təşkilatçıları ilə dərhal əlaqə saxlayaraq, Polşanın Azərbaycanın suverenliyini vəərazi bütövlüyünü tanıdığını, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalının beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyini bildirib. Bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədini daşıyan təxribat xarakterli məlumatların sərgidə nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə vəərazi bütövlüyünə qarşı yönəldiyi qeyd edib.

“Verilmiş məlumatlara görə təşəkkürünü bildirən sərgi təşkilatçıları sözügedən materialların yığışdıralacağını Səfirliyin diqqətinə çatdırıblar. Qeyd etmək istərdik ki, bugün Səfirliyin müdaxiləsindən sonra həmin təxribatçı materiallar yığışdırılıb.

Bildirmək istərdik ki, bu kimi hallar daima Xarici işlər Nazirliyinin və diplomatik nümayəndəliklərin diqqət mərkəzindədir”, – L.Abdullayeva əlavə edib.

DiasporNews

Check Also

Ukraynada Azərbaycan diasporunun birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla …