Home / Diaspor / Polşadakı səfirimiz ozef Pilsudskinin abidəsinin açılış mərasimində

Polşadakı səfirimiz ozef Pilsudskinin abidəsinin açılış mərasimində

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zamoç şəhərinin meri Andjey Vnukun şəxsi dəvəti ilə Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin təntənəli açılış mərasimində iştirak edib.

Hərbi, siyasi və dövlət xadimi olan Y.Pilsudski 1918-ci il noyabrın 11-də elan edilmiş müstəqil Polşanın ilk dövlət başçısı olub.

Abidə ilk dəfə 1933-cü ildə heykəltəraş Yakub Yuşik tərəfindən düzəldilmiş və Zamoç şəhərinin mərkəzi meydanında ucaldılmışdı. 1942-ci ildə faşistlər tərəfindən partladılmış abidə 76 ildən sonra yenidən bərpa olunaraq əvvəlki yerində ucaldılıb.

Açılış mərasimində iştirak edən səfir Həsən Həsənov daha sonra H.Sinkeviç adına 2 saylı orta məktəbi ziyarət edərək həmin məktəbin kitabxanasına səfirlik tərəfindən nəşr olunmuş 55 adda kitab bağışlayıb.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600