Home / Diaspor / Rəsmi Paris “Dağlıq Qarabağ respublikası”nı tanımır

Rəsmi Paris “Dağlıq Qarabağ respublikası”nı tanımır

“Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərini ifadə edir”. DiasporNews xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Fransa şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, Fransanın mövqeyi aydındır və birmənalıdır:
“Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da bunu bir daha xatırladıb ki, Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil”.

Açıqlamada, həmçinin vurğulanıb ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …