Home / Diaspor / Rostov azərbaycanlıları Vaqif Mustafayevlə bağlı bəyanat yaydı

Rostov azərbaycanlıları Vaqif Mustafayevlə bağlı bəyanat yaydı

Rusiya Federasiyasının Rostov vilayətin də yaşayan azərbaybaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar. Rostovdakı azərbaycanlı təşkilatlarından daxil olan bəyanatda bildirilir ki, V. Mustafayev 20 ildir ki, “Rusiya azərbaycacanlıları Mədəni Muxtariyyəti”nin Rostov üzrə sədridir və bu müddət ərzində cinayət aləmi ilə sıx təmas quraraq azərbaycanlılara qarşı zərərli addımları ilə tanınıb:

“O, Rusiya hüquq mühafizə orqanları tərəfindən bu əməllərinə görə həbs edilib və 7 il də dustaq həyatı yaşayıb. Həbsdə olan zaman onu təşkilatında erməni millətinə mənsub olan həyat yoldaşı əvəz edib. Hazırda V. Mustafayev və yaxud onun təşkilatı ətrafında heç bir azərbaycanlı yoxdur. Mustafayev təşkilatına Moskvadakı mərkəzi ofislərindən ayrılan vəsaiti də mənimsədiyi üçün ciddi probləri var. Ümumiyyətlə onun fəaliyyəti əvvəldən buradakı azərbaycanlılara maneə törədir. Bununla onun azərbaycanlılar adından danışması heç bir məntiqə və həqiqətə sığımır.

Eyni zamanda bildiririk ki, onun bu hərəkəti milli ruha sahib azərbaycanlılar da qəzəb yaradır, Dağlıq Qarabağda erməni silahlıları tərəfindən qətlə yetirilən azərbaycanlıların ruhuna qarşı isə ciddi hörmətsizlikdir. Onu da bildirik ki, Rostov vilayətində azərbaycanlıların diaspor lideri uzun zamandır millətin xeyir-şərinə yardım olan, həmyerlilərimizin birliyində, azərbaycanlıların və rusların qardaşlıq tədbirlərində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olan Şakir Allahverdiyevdir”. Bəyanatda o da bildirilir ki, 200-dən çox azərbaycanlı onun bu hərəkəti ilə bağlı etiraz aksiyasına toplaşacaq.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600