Home / Diaspor / Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər

Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər

Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər. Hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir. Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız – Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.

Səsvermənin 15-ci gününün nəticələrinə görə, Tümenin Surqut və Nijnevartovsk şəhərlərində əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun, Novıy Urenqoyda isə keçmiş SSRİ-nin qaz sənayesi naziri, soydaşımız Sabit Orucovun adları daha çox səs toplayıb.

Surqut aeroportu üçün səs verənlərin 59 faizi Fərman Salmanovu, 30 faizi Yermak Timofeyeviç, 9 faizi Aleksandr Filippenkonu seçib. Nijnevartovsk aeroportuna ad verilməsinə dair səsvermədə iştirak edənlərin isə 48 faizi Fərman Salmanova, 35 faizi Nikolay Arxangelskə, 16 faizi Aleksandr Filipenkoya səs verib.

Keçmiş SSRİ-nin qaz sənayesi naziri, soydaşımız Sabit Orucovun adı Novıy Urenqoy aeroportu üzrə səsvermədə 41 faiz səslə irəlidədir. Yamala-Nenetski Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov özünün “İnstagram” səhifəsində Sabit Orucova səs verməyə çağırıb. Qubernator yazır: “Bir urenqoylu kimi, mənə Orucovun namizədliyi daha yaxındır. Onun Rusiyanın gələcək qaz paytaxtının yerini necə müəyyən etməsi tarixçəsini yaxşı xatırlayıram. Aeroportun layihədə iştirak etməsi bu hadisəni əbədiləşdirmək imkanı verir”.

Fərman Salmanovun adı iki şəhərdə – Surqut və Nijnevartovskda daha çox səs toplayıb. Hər iki regionda Fərman Salmanov seçiləcəyi təqdirdə səslərin sayı nəzərə alınacaq. Səslərin sayının nisbətən az olduğu şəhərdə təkrar səsvermə keçiriləcək. Xatırladaq ki, səsvermə noyabrın 30-dək davam edəcək, federal səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …