Home / Diaspor / “Rusiya İrəvanla Bakının intensivləşən təmaslarını alqışlayır” – Zaxarova

“Rusiya İrəvanla Bakının intensivləşən təmaslarını alqışlayır” – Zaxarova

ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında son zamanlar intensivləşən təmasları alqışlayır. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib. 

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişməz olaraq qalır və Minsk qrupunun həmsədri kimi biz vasitəçi funksiyamızı vicdanla və keyfiyyətlə yerinə yetiririk. Rusiya son zamanlar İrəvanla Bakı arasında müxtəlif səviyyələrdə baş tutan siyasi təmasları alqışlayır. Bu görüşlərlə bağlı münaqişə tərəflərinin özlərinin verdiyi konstruktiv qiymətləndirməni eşitdik və hesab edirik ki, nizamlanma prosesində irəliyə getmək üçün düzgün yol budur”, – deyə Zaxarova vurğulayıb. 

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600