Home / İqtisadiyyat / Rusiya iş adamları Azərbaycana gələcək

Rusiya iş adamları Azərbaycana gələcək

Aprelin 4-dən 6-dək Rusiyanın iş adamlarının ölkəmizə biznes missiyası təşkil olunacaq. Biznes-missiyanın təşkilatçısı Rusiyanın Kiçik və Orta İxracatçıları Assosiasiyasıdır.

Biznes missiyasının hazırlanmasında hər bir iştirakçı şirkət üçün potensial tərəfdaşlar axtarılır və maraqlı şirkətlərlə mütəşəkkil danışıqlar təşkil edilir. İştirakçılar üçün milli ticarət nümayəndəliyinə, biznes assosiasiyalara səfərlər, nazirlik və qurumların, işgüzar birliklərin və ticarət-sənaye palatalarının nümayəndələri ilə görüşlər təşkil ediləcək.

Bu il coğrafiyasını genişləndirən Kiçik və Orta İxracatçılar Assosiasiyası ənənəvi sahələrdən əlavə Azərbaycan, Türkiyə, Monqolustan və Tacikistana işgüzar missiyalar təşkil edəcək.

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600