Home / Diaspor / Serbiyada erməni təxribatının qarşısı alınıb

Serbiyada erməni təxribatının qarşısı alınıb

Serbiyada ermənlərin Azərbaycana qarşı təxribatını qarşısını alınıb. Bu barədə DiasporNews-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  Nazirlikdən bildirilib ki, Azərbaycanın Serbiyadakı səfirliyi son günlər Nikola Tesla adına Belqrad Hava Limanındakı “Duty Free” mağazasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi ərazilərində yaradılan qondarma rejim tərəfindən istehsal olunan və bu rejimin adına uyğun olaraq “Artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsullarının “Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarıldığı faktı aşkar olunub.

Məsələ ilə bağlı Azərbaycan səfirliyi tərəfindən operativ qaydada Serbiyanın dövlət və hökumətinənotalar ünvanlanıb, müvafiq görüşlər keçirilib. Azərbaycan dövlətinin işğal altında qalan tarixi ərazilərinə Ermənistan tərəfindən qondarma adlar verilərək həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrdə təqdim edilməsinə, onların satışa çıxarılmasına qəti etiraz edilib və bu kimi faktların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi bildirilib. Həmçinin “Azərbaycan Respublikası və Serbiya Respublikası Arasında Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və 21 may 2018-ci il tarixində imzalanan “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nın müvafiq müddəlarına istinad edərək Nikola Tesla adına Belqrad Hava Limanındakı “Duty Free” mağazasında “Artsakh” brendi adı ilə müxtəlif spirtli içki məhsullarının satışının aradan qaldırılması xahiş edilib.

Səfirlik tərəfindən görülmüş çevik, təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən məhsullarınBelqrad Hava Limanındakı “Duty Free” mağazasında satışı qadağan edilmiş, məhsullar satış rəflərindən yığışdırılmış,Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və etibara, beynəlxalq səviyyədə mövcud olan davamlı dəstəyə söykənən strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, ölkələrimizin milli maraqlarına zidd olan hər hansı bir addımın qarşısının alınacağı vurğulanıb.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …