Home / Diaspor / Avropada daha 4 ölkənin azərbaycanlıları vahid şurada birləşdilər

Avropada daha 4 ölkənin azərbaycanlıları vahid şurada birləşdilər

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri İsveçdə davam etdirilib. İsveç Krallığına səfər Azərbaycan Respublikasının Stokholmdakı Səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb.

Komitədən DiasporNews-a verilən xəbərə görə, daha sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.

Görüş iştirakçılarını salamlayan səfir İsveçdə yaşayan soydaşlarımızın Azərbaycan və azərbaycançılıq naminə gördükləri işlərdən söz açıb. Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan Dövlət Komitəsinin Fuad Muradov isə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. Görüşdə azərbaycançılıq ideyası ətrafında birləşməyin vacibliyindən, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Dövlət Komitəsinin sədri soydaşlarımızın qayğıları ilə maraqlanıb, onların təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət Komitəsinin sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən Təsis konfransında da iştirak edib. Azərbaycanın İsveçdəki səfiri, soydaşlarımız, diaspor təşkilatı rəhbərlərinin iştirak etdiyi konfransda həmvətənlərimiz arasında daha güclü əlaqələndirmənin zəruri olduğunu bildirilib. Dövlət Komitəsinin sədri soydaşlarımızın və diaspor təşkilatlarının daim ölkə başçısının nəzərində olduğunu və bu istiqamətdə verilən tapşırıqları diqqətə çatdırdı. Konfransda Dövlət Komitəsinin yeni yazılmış himni və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, habelə qurumun yenilənmiş saytı və sosial şəbəkələrdəki hesabları barədə məlumat verilib.

Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub. “Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının” sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …