Home / Manşet / Taleh Mahmudov Rusiya Prezidenti tərəfindən fəxri fərmanla təltif edilib

Taleh Mahmudov Rusiya Prezidenti tərəfindən fəxri fərmanla təltif edilib

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Sərəncam Rusiyanın hüquqi informasiya üzrə dövlət sisteminin rəsmi saytında dərc olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb. 
Xatırladaq ki, Taleh Mahmudov 1961-ci ildə Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisliyi İnstitutunda ali təhsil alıb. Taleh Mahmudov 30 ildən artıqdır Krasnoyarsk şəhərində yaşayır.

Check Also

Kaliforniyada ilk azərbaycanlı diş həkimi – FOTOLAR

Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən …

160*600