Home / Diaspor / Trampın müşaviri Bakıya gələcək

Trampın müşaviri Bakıya gələcək

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonyaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcək. 

DiasporNews xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” politoloq Suren Sarkisyana istinadla məlumat yayıb. O bildirib ki, səfər müşavirin təşəbbüsü ilə həyata keçiriləcək.

“Vaşinqtonun nüfuzlu şəxslərindən biri iki həftədən sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Ermənistan üçün ikitərəfli gündəliyə baxılmasında imkanlar yaradacaq”, – ekspert deyib.

Sarkisyan əmindir ki, erməni tərəfi “ciddi məsələləri” Bolton vasitəsilə həll etməyə qərar verib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600