Home / Diaspor / Türkiyə şəhidlərinin övladları Azərbaycana gələcək

Türkiyə şəhidlərinin övladları Azərbaycana gələcək

Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq məqsədilə yanvarın 15-də Türkiyədən Azərbaycana iyirmiyədək şəhid övladı gələcək. Onlar Bakıda və Azərbaycanın digər bölgələrində tarixi yerlərlə tanış olacaqlar.

DiasporNews xəbər verir ki, bunu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. Onun sözlərinə görə, səfər zamanı uşaqlarla bir sıra rəsmi qurumlarda da görüşlər təşkil olunacaq. Səfərin reallaşdırılmasında məqsəd ortaq tarixə, mədəniyyətə və ədəbiyyata malik türk xalqları ilə bağlı gələcək nəslin nümayəndələrinə məlumat verməkdir. Türkiyə və Azərbaycan tarix boyunca qardaş və dost ölkələr olublar. Hər iki ölkənin vətəndaşları həmişə düşmənlərinə qarşı birgə mübarizə aparıblar. Bu tarixi reallıq sözdə deyil, əməldə də hər bir türk övladına izah olunmalıdır.

Federasiyanın sədri deyib ki, şəhid olmaq türk adət-ənənələrinə görə müqəddəs hesab edilir. Şəhid övladlarını qorumaq isə hər birimizin mənəvi borcudur. Buna görə də biz şəhid övladlarına hər zaman diqqət və qayğı ilə yanaşmalı, tariximizi, mədəniyyətimizi onlara tanıtmalıyıq. Bilal Dündar səfərin bu tarixə təyin edilməsinin təsadüfi olmadığını deyərək əlavə edib ki, 8 günlük səfər proqramı çərçivəsində şəhid övladları 20 Yanvar faciəsinin 29-cu ildönümü tədbirlərində də iştirak edəcəklər. Onlar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edəcəklər.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …