Home / Diaspor / Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Bakıya gəlir

Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Bakıya gəlir

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Bu barədə DiasporNews-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600