Home / Diaspor / Türkiyəli qonaqlar Dövlət Komitəsində olub

Türkiyəli qonaqlar Dövlət Komitəsində olub

Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Komitədən DiasporNews-a verilən xəbərə grörə, görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və  perspektivlər müzakirə olunub. Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq,  2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir. Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının hər zaman türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verdikləri bir daha xatırlanıb.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600