Home / Hadisə / Uğurlu Horadiz əməliyyatından 25 il ötür – VİDEO

Uğurlu Horadiz əməliyyatından 25 il ötür – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür. DiasporNews-un məlumatına görə, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib.

Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyiblər. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəlib.

Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə düşmənin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

DiasporNews

Check Also

“Mühafizə Qaydalarının Təlimi Kursu” keçiriləcək

Ofislərdə, bağçalarda, tikintidə, istehsalat müəssisələrində və s. iş yerlərində baş verən qəzalarda hər il yüzlərlə …

160*600