Home / Diaspor / Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin 17-19 iyul 2018-ci il tarixdə Ukraynaya səfəri zamanı Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun ikinci iclası keçirilib.

Komitədən DiasporNews-a verilən xəbərə görə, iclasda təşkilatların birgə fəaliyyət istiqamətləri və Koordinasiya şurasının yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Müzakirələrdə birbaşa iştirak edə bilməyən işçi qrup üzvləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri onlayn şəkildə müzakirələrə qoşularaq, fikir mübadiləsi aparıblar. İşçi qrupun növbəti iclasınadək Ukraynada fəaliyyət göstərən, qeydiyyatdan keçmiş, diaspor təşkilatlarının və diaspor fəallarının sayının dəqiqləşdirilməsi, birgə fəaliyyət məqsədlərinin müəyyənləşdirilməsi, Koordinasiya şurasına üzv olmaq istəyənlərin sənədlərinin hazırlanması ilə bağlı konkret iş bölgüsü aparılıb. İşçi qrupun növbəti iclası 4 avqust 2018-ci il tarixinə təyin edilib.

Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə səfəri zamanı, birgə fəaliyyət və Koordinasiya şurasının yaradılması barədə qərar qəbul ediblər.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600