Home / Diaspor / Ukraynadakı səfirliyimizdən bu ölkədə yaşayan həmyerlilərimizə müraciət

Ukraynadakı səfirliyimizdən bu ölkədə yaşayan həmyerlilərimizə müraciət

Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib. DiasporNews xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycanın qüruru, Avropada mübarizəni davam etdirən yeganə komandası “Qarabağ” Avropa Liqasının növbəti oyununu keçirmək üçün Ukraynaya gəlir. Bakıda məğlub olduğu “Vorskla” klubuyla bu dəfə rəqibin meydanında mübarizə aparacaq. Çətin oyunda “Qarabağ”ın yanında olmaq imkanımız var.

Gəlin “Qarabağ”ın səfər matçını dəstəyimizlə ev oyununa çevirək. Azərbaycan çempionunu dəstəksiz qoymayaq və Bakıdakı məğlubiyyətin revanşını alaq. Hamını noyabrın 8-i Ukrayna vaxtilə saat 22-00-da Poltavada keçiriləcək “Vorskla”-“Qarabağ” oyununda gözləyirik. Dəstək sizdən, qələbə “Qarabağ”dan. Gücünüz gücümüzdür”.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …