Home / Hadisə / Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib

Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı  Diasporla İş üzrə Dövlət Komitəsi nin mətbuat katibi vəzifəsinə təyin olunub.

 

Bu barədə “Diaspornews“-a Dövlət Komitəsindən məlumat verilib.

 

“Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

 

Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır.

 

Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək”, – deyə məlumatda bildirilir.

Check Also

Mariya Suvorovskayanın Azərbaycanla bağlı kitab və klipinin təqdimatı olub

Bakı Kitab Mərkəzində (Baku Book Center) tanınmış rus jurnalisti, Moskva Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü, …

160*600