Home / Diaspor / VII Qlobal Bakı Forumunda 70 ölkədən 450 nümayəndə iştirak edəcək

VII Qlobal Bakı Forumunda 70 ölkədən 450 nümayəndə iştirak edəcək

Martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçiriləcək.

Mərkəzdən bildiriblər ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda tanınmış dövlət adamlarının, siyasətçilərin, nüfuzlu ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

DiasporNews

Check Also

Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi …

160*600