Home / Diaspor / Xarkovda yaşayan azərbaycanlılarla görüş keçirilib

Xarkovda yaşayan azərbaycanlılarla görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan soydaşlarımızla görüş təşkil edib.

Xarkovdakı fəxri konsulluğumuzda keçirilən görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov və Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi polkovnik Şahin Qocayev iştirak ediblər.

Görüşdə soydaşlarımızın müraciətləri ayrı-ayrılıqda dinlənilib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, müzakirə olunan məsələlər qeydə alınaraq araşdırılacaq. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

V.Süleymanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600