Home / Sosial / “Final” arzuları çin etdi

“Final” arzuları çin etdi


İllərdir mətbəxlərdən ürəklərə yol tapan “Final” markası dekabrın 15-də arzuları reallaşdıran layihəyə start verdi. “Final yağları”nın təşəbbüsü ilə Park Bulvarda “Arzu qutu”su qoyuldu. “Ürəyindəki arzunu yaz, Final gerçəkləşdirsin!” mesajlı qırmızı qutu kiçikdən böyüyə hamının diqqətini çəkdi. 1 ay müddətində insanlar öz arzu və diləklərini yazıb, bu qutuya saldılar. Beləcə 200 məktub toplandı. Ürəklərin dostu olan “Final yağları” isə 13 yanvarda bütün arzu və istəkləri gerçəkləşdirdi. Məktubuna cavab gözləyənlər elə həmin məkanda Şaxta babadan öz hədiyyələrini aldılar. “Final yağları” 200-ə yaxın uşağı arzusuna çatdırdı. Şokoladdan tutumuş, velosipedə qədər arzulanan bütün hədiyyələr öz sahibini tapdı. Uğurlu sosial layihənin ən təsirli məqamı fiziki məhdudiyyətli iştirakçının əlil arabası arzusunun gerçəkləşdirilməsi idi. Yüksək əhval ruhiyyədə keçən tədbirdə müğənni Ülviyyə Rəhimova, Roza Zərgərli və digər incəsənət ustalarının rəngarəng ifaları səsləndi.

Check Also

Zərdabda gənclər arasında intellektual yarış keçirilib

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk …

160*600