Home / Sosial / Məhkum gənclərin sosial adaptasiyasına yardım göstərilir

Məhkum gənclərin sosial adaptasiyasına yardım göstərilir

“Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım” layihəsi çərçivəsində 13-14 noyabr 2019-cu il tarixlərində 2 saylı CÇM-də (Bakı ş. Binə qəs.) tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri Turqut Abbasbəyli giriş sözü ilə çıxış edərək, layihənin məramı barədə məlumat vermişdir, daha sonra ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitablar və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir. Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası, peşə hazırlığını аsаnlаşdırmаğı nəzərdə tutur.

This image has an empty alt attribute; its file name is 75362178_562988924452490_4467768682314989568_n.jpg

Check Also

Məhkumlara kitab və bukletlər paylanılıb

“Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidentiyanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum olunmuş …

160*600