Home / Sosial / “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrası davam etdir

“Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrası davam etdir

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində 9-10 noyabr 2019-cu ildə Zərdab rayon Gənclər Mərkəzində Film günləri keçirilmişdir.

Birinci gün Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov tədbiri açıq elan etdi. Sonra Layihə rəhbəri Vəfa Xəlilli layihənin həyata keçirilməsində dəstəkçi olan Azərbaycan Respublikasının Gənclər Fondu, “Gəncliyə Dəstək” İctimai Birliyi və layihə haqqında məlumat verdi. Layihə çərçivəsində indiyədək keçirilmiş və keçiriləcək tədbirlərdən danışıldı. Film günü 9 noyabr Bayraq gününə təsadüf etmiş və Gənclərə bu günün tarixi haqqında danışıldı. 30 nəfər iştirak etdi. “Mübariz” filmi nümayiş etdirildi. Film sonrasında çay-kofe fasiləsi oldu.

İkinci gün Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Layihə rəhbəri Vəfa Xəlilli və təşkilatın sədr müavini Eldar Xəlilov çıxış etdi. “Sonsuzluk teorisi” adlı motivasiya filmi nümayiş etdirildi. Film gününün iştirakçıları danışdı və Azərbaycan Gənclər Fonduna öz təşəkkürlərini bildirdilər Belə layihələrin gənclərin könüllü fəaliyyətinə köməklik etdiyi üçün davamlı olmasını xahiş etdilər. Film sonrasında çay-kofe fasiləsi oldu.

Layihənin məqsədi region və kəndli gənclər könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.

Check Also

Məhkumlara kitab və bukletlər paylanılıb

“Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidentiyanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum olunmuş …

160*600