Home / Sosial / Zərdabda gənclər arasında intellektual yarış keçirilib

Zərdabda gənclər arasında intellektual yarış keçirilib

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində 16-17 noyabr 2019-cu ildə Zərdab rayon Mərkəzi Kitabxanasında intellektual yarış keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov, Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Məmmədov və Zərdab rayon Gənclər İdman İdarəsinin rəisi İlkin Əliyev iştirak etdi.

Birinci gün Zərdab rayon Mərkəzi Kitabxanasının direktoru Nailə xanım tədbiri açıq elan etdi. Sonra Layihə rəhbəri Vəfa Xəlilli layihənin həyata keçirilməsində dəstəkçi olan Azərbaycan Respublikasının Gənclər Fondu, “Gəncliyə Dəstək” İctimai Birliyi və layihə haqqında məlumat verdi.

Həmçinin Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov çıxış etdi və belə layihələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi, Azərbaycan Gənclər Fonduna dəstəyinə görə təşəkkür etdi. İsayev İlqar çıxış edərək, oyunun qaydaları haqqında iştirakçılara məlumat verdi və oyunu açıq elan etdi. Oyunda 72 nəfər olmaqla 12 komanda iştirak etdi.

İkinci gün – Final oyununda “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli çıxış edərək finala vəsiqə qazanmış komandaları təbrik etdi və onlara uğurlar arzu etdi. Həmçinin Təşkilatın sədr müavini Eldar Xəlilov çıxış etdi və çıxışında könüllük fəaliyyətinin vacibliyini vurğuladı. Yarışın kapitanı İsayev İlqar Final oyunun qaydalarını komandaların nəzərinə çatdırdı. Oyun keçirildi və iki mərhələli oyundan sonra qalib komandaların I yer – H.B.Zərdabi adına 1 saylı məktəb-lisey

II yer – Yarməmmədbağı kənd tam orta məktəb

III yer – Körpükənd tam orta məktəb.

Sertifikatları verilərək təltifetmə mərasimi keçirildi. Həmçinin digər komandalara da həvəsləndirici sertifikatlar verildi. Yarışlarda çay-kofe fasiləsi oldu və iştirakçılara bukletlər paylandı.

Check Also

Məhkumlara kitab və bukletlər paylanılıb

“Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidentiyanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum olunmuş …

160*600