image-2000x150

Haqqımızda

image-logo

“Diaspornews.az” saytı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) media orqanı olaraq fəaliyyət göstərir. Azərbaycan diasporuna media dəstəyi verən və üç dildə yayımlanan saytda xəbər, müsahibə, reportaj, araşdırma və müəllif yazıları yer alır. Obyektivlik və qərəzsizlik prinsiplərini əsas götürən sayt peşəkar jurnalist komandası ilə diaspor və digər sahələrdə yenilikləri operativ şəkildə oxuculara çatdırır.


image-logo-dfjbDiaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə 01.01.2014-cü il tarixində təsis edilib. DFJD İB Ədliyyə Nazirliyi tərəfindən 16.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilatın ətrafında Azərbaycanda, eləcə də xaricdə dövlət və dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki