Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin nəzdində Rəqəmsal Media Mərkəzi fəaliyyət göstərir. DFJD-nın Rəqəmsal Media Mərkəzi müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edir.
Məqsədimiz:
- Azərbaycan mediasında diaspor jurnalistikasının inkişaf etdirilməsi, diaspordan yazan tədqiqatçı jurnalistlərin formalaşmasına dəstəyin verilməsi;
- Xaricdə yaşayan azərbaycanlı diaspordan yazan jurnalistlər, yazarlarla bağlı ideoloji-maarifləndirici işin gücləndirilməsi;
- Azərbaycansevər xarici yazarlar və media nümayəndələri ilə təbliğati və stimullaşdırıcı işin gücləndirilməsi;
- Diasporun gücləndirilməsinə həsr edilmiş intellektual fəaliyyətin, yazıların, müsahibə və məqalələrin yeni media müstəvisində lazımi səviyyədə təqdimatına diqqətin gücləndirilməsi;
- Əcnəbi jurnalistlərlə birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsi edilməsi;