image-2000x150
image-img_20220402_182406backend

“Birlik”in Novruz bayramı tədbiri Tatarıstan mediasının gündəmində

image-768x150

Martın 29-da Tatarıstan Respublikasının “Tatarıstan-24” telekanalında martın 26-da Leninoqorsk şəhərində Novruz bayramı münasibəti ilə keçirilən tədbirlə bağlı videoreportajı yayımlanıb.

Eləcə də aprelin 1-də Tatarıstanın “Leninoqorski xəbərləri” qəzetində rus dilində və “Zamanın nəfəsi” (tatarca: “Заман Сулышы”) qəzətində tatar dilində “Azərbaycan diasporu: Novruz xalqları birləşdirir” başlığı ilə məqalələr dərc olunub.
Bu haqda “Diaspornews.az”a Tatarıstanın Leninoqorsk şəhərində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki,  Leninoqorsk şəhərində Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının təşkilatçılığı ilə möhtəşəm Novruz bayramı tədbiri keçirilib.
Ənənəvi olaraq bayram tədbirində tatarlar və başqırdlarla yanaşı, Leninoqorsk şəhərinin və Leninoqorsk vilayətinin Azərbaycan, tacik və özbək milli-mədəni muxtariyyətlərinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, tədbirin bütün xərclərini

Leninoqorsk şəhərində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Məmmədov Ramiz Mustafa oğlu öz üzərinə götürüb.

image-img_20220402_172541

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki