Azərbaycan və Türkiyə arasındakı münasibətlər sıradanbir diplomatik tərəfdaşlıq deyil; ümummilli lider HeydərƏliyevin “Bir millət, iki dövlət” və Mustafa Kemal Atatürkün“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizimkədərimizdir” formuluna söykənən sarsılmaz stratejiittifaqdır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakınıxilas etməsindən Çanaqqala döyüşlərinə, 44 günlük Vətənmüharibəsindəki mənəvi-siyasi dəstəkdən ŞuşaBəyannaməsi ilə rəsmiləşən hərbi mütəfıqliyə qədər bubağlar tarixin ən ağır sınaqlarından şərəflə çıxmışdır.
2020-ci il Vətən müharibəsi isə münasibətlərin yenimərhələsini formalaşdırdı. Türkiyənin Azərbaycana siyasivə mənəvi dəstəyi, müharibədən sonra regional nəqliyyatvə təhlükəsizlik layihələrində əməkdaşlığın genişlənməsimünasibətlərin strateji xarakterini daha da gücləndirdi.
Əlbəttə bu iki qardaş xaqlqın, iki dost dövlətlərin analoquolmayan yüksək səviyyəli münasibətlərə qarşı zaman-zaman görünən və görünməyən maneələr törədilmiş, həmbeynəlxaql siyasi mərkəzlər, pozucu destruktiv qüvvələrtərəfindən ciddi təzyiqlərə, zərbələrə məruz qlmışdır.Əlbəttə xarici siyasi mərkəzlərin, mürtəce qüvvələrinfəaliyyətlərindən daha təhlükəli və təəssüf doğrucu hər ikiölkələr daxilində bu və ya digər dövlətlərin, siyasimərkəzlərin maraqlarına – Azərbaycanda Rusiya, İran, Ermənistan və onun lobbi fəaliyyəti və onların Azərbaycandaxilindəki təsir cəhdləri və Türkiyə daxilində isə daxilisiyasi intriqalara, siaysi maraqlara söykənən, həminmaraqlar naminə mübarizə aparan ayrı-ayrı siyasi, media dairələrinin təxribatlarıdır.
Müstqəil Azərvbaycan tarixində ilk belə ciddi fəaliyyət hələxoşbəxtlikdən uğursuzluğu uğrayan 1995-ci il martındaAzərbaycanda çevriliş cəhdi oldu.
Son illər Azərbaycan–Türkiyə münasibətləriningüclənməsi isə yalnız iki ölkənin deyil, Cənubi Qafqazıngeosiyasi mənzərəsinin dəyişməsi deməkdir. Bu mənadaAzərbaycan–Türkiyə qardaşlığına kölgə salmaq, buəməkdaşlığın zəifləməsində maraqlı olan müxtəlif siyasivə geosiyasi aktorların mövcudluğu, onların dahafaəllaşması təəccüblü deyil. Əlbəttə ki, Bakı–Ankara oxunun Türk dünyasının inteqrasiyasında əsas qüvvəyəçevrilməsi, Zəngəzur dəhlizi, TANAP və digər stratejilayihələrlə regional güc balansını dəyişməsi müəyyəngeosiyasi dairələri narahat etməyə bilməzdi. Yuxarıdaqeyd olunduğu kimi, indi də bu birliyi zəiflətmək istəyənxarici güclərin — regional rəqiblərin, erməni lobbişəbəkələrinin və Qərbin bəzi qərəzli mərkəzlərinin — fəaliyyəti gözlənilən və məlum olan reallıqdırsa, Türkiyəninöz daxilindəki müəyyən dairələrin bu qardaşlıqmünasibətlərinə kölgə salmaq cəhdləri bu prosesdə ənağrılı və təhlükəli məqamdır. Bu mənada Azərbaycan–Türkiyə münasibətlərinə ən böyük təhlükə yalnız bumünasibətləri açıq şəkildə düşmən elan edən qüvvələrdəngəlmir, bəzən məhz daha təhlükəli olan münasibətlərindaxilindən və ya ona yaxın informasiya məkanındanverilən mesajlarla Azərbaycanla Türkiyənin maraqlarınınqarşı-qarşıya qoyulması, tarixi qardaşlığın siyasimübahisələrin predmetinə çevrilməsi və iki xalq arasındaetimadın zəiflədilməsinə yönələn cəhdlərdir.
Ekspertlər Türkiyə daxilində bu birliyə zərbə vurmağaçalışan qüvvələri bir neçə əsas istiqamətdə təhlil edir. Beləki, birincisi bu radikal sol və etnik-millətçi qruplar, xüsusiləDEM/HDP–yə yaxın marqinal ideoloji dairələr İkinciQarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyiqətiyyətli dəstəyi “militarist siyasət” kimi qələmə verməyəçalışır, ermənipərəst tezislərlə ictimai rəyi yanıltmağa cəhdedirlər.İkincisi xarici fondlardan maliyyələşən media vəQHT-lərdi ki, Qərbpərəst və neoliberal analitik mərkəzləriki ölkə arasındakı sekulyar-milli birliyi zəiflətmək üçünfərqli mövzuları qabardaraq strateji müttəfiqliyi “lazımsızrisk” kimi təqdim etməyə çalışırlar. Nəhayət, daxili siyasimübarizənin istismar etməyə cəhd edən qüvvələrTürkiyədəki kəskin siyasi rəqabət zamanı bəzi müxalifdairələr daxili siyasi dividend qazanmaq naminə SOCAR-ın investisiyaları, enerji müqavilələri və ya müdafiəsənayesi əməkdaşlığı kimi vacib layihələri spekulyasiyamövzusuna çevirirlər.
Son günlər bu cür siyasi və media dairələri siyasi vədiplomatik etiketi pozaraq, sosial əxlaq dəyərlərigörməməzlikdən gələrək, həddini aşan bəyantlar verir, “Azərbaycanı Türkiyənin milli maraqlarına zidd qüvvə kimitəqdim edir, “Azərbaycan Türkiyədən istifadə edir” və s. kimi tezislər irəli sürür, Azərbaycanın daxili işlərinəqarışmağa, ölkə siyasətinə təzyiq etməyə çalışırlar.
Unutmaq lazım deyil ki, Şuşa Bəyannaməsinin özündə dəiki ölkənin əməkdaşlığının üçüncü dövlətlərə qarşıyönəlmədiyi, əksinə, regional sülh və sabitliyə xidmətetdiyi açıq şəkildə qeyd olunur.
Maraqlıdır ki, Azərbaycan–Türkiyə müttəfiqliyini zəiflətməküçün heç də iki ölkəni qarşı-qarşıya qoyan açıqdüşmənçilik lazım deyil. Bəzən bunun üçün bir çoxfaktların təhrif edilməsi, ayrı-ayrı fikir ayrılıqlarınınşişirdilməsi və iki cəmiyyət arasında “biz və onlar” təsəvvürünün yaradılması kifayətdir. Sosial mediadapsixoloji manipulyasiyalar, iqtisadi məsələlər, gediş-gəlişrejimindəki xırda detallar və ya süni formalaşdırılmış“sosial incikliklər” və s.də bu qəbildən olanvasitəsilərdəndir.
Bu kimi təhdidlərin və daxili təxribatların qarşısını almaqüçün Azərbaycan və Türkiyə yalnız dövlət başçılarısəviyyəsində deyil, media, akademik mühit siyasipartiyalar və vətəndaş cəmiyyətləri müstəvisində dəstrateji siyasət yürütməlidir. Birgə platformların imkanlarınıgenişləndirmək, etibarlı məlumat mübadiləsi artırmaq, eləcə də bu Birliyin hər iki xalqın milli təhlükəsizliyi üçünnə dərəcədə əhəmiyyətli olduğunu sistemli şəkildə izahetmək vacibdir. Azərbaycanla Türkiyənin dövlətlərarasımünasibətləri ilə Türkiyənin daxili siyasi mübarizəsini bir-birindən ayırmaq lazımdır. Türkiyədə hansısa siyasipartiyanın və ya qrupun Azərbaycan siyasətinə dair tənqidimövqeyi avtomatik olaraq “Türkiyənin Azərbaycanamünasibəti” demək deyil. Əksinə, bunu belə təqdim etməkAzərbaycan–Türkiyə münasibətlərini daha da siyasiləşdirəvə cəmiyyətlər arasında yanlış təsəvvür yarada bilər.
Şübhəsiz ki, Türkiyə cəmiyyətinin mütləq əksəriyyətiüçün Azərbaycan “qardaşdır”, “can”dır. Daxildəki marqinalqrupların və ya konyunktur siyasətçilərin bu sevginisarsıtmaq gücü yoxdur, lakin strateji ayıq-sayıqlığıqorumaq hər zaman zəruridir.
Bütün bu təzyiqlərə, media hücumlarına və geosiyasimaneələrə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığısınanmış və zamanın sınağından uğurla keçmişdir. ŞuşaBəyannaməsi bu münasibətləri hüquqi və hərbi baxımdanelə bir səviyyəyə qaldırıb ki, hər hansı təhdid anındatərəflər bir-birinin təhlükəsizliyini təmin etməyi öhdəsinəgötürüb. Bu münasibətlər sadəcə iki dövlətin deyil, bütünTürk dünyasının sabitliyinin, təhlükəsizliyinin vəgələcəyinin zəmanətidir.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli





























