Xəbər verildiyi kimi, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının növbəti seçkisi 9 dekabr 2022- ci il Avropa vaxtı ilə saat 19:00 da Zoom platforması üzərindən keçırıldi.
Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasından saytımıza bildirilib ki, iclasın əsas məqsədi Şuraya yeni koordinatorun seçilməsi idi: “İclas zamanı iştirakçılar artıq 2 dəfə koordinator olmuş Mayisə Agamirzəyevanın, Elxan Mirhəşimlinin, Səltənət Zeynalova və Robert van Bergin namizədliyini irəli sürdülər.Daha sonra Mayisə Agamirzəyeva hər kəsə təşəkkür edərək bu ilki seçkilərdən namizədliyini könüllü geri çəkildiyini bəyan edərək öz səsini də Elxan Mirhəşimliyə verdi. Seçkinin nəticələri ilə sizi tanış edirik:
ELXAN MİRHƏŞİMLİ – 16 SƏS,
SƏLTƏNƏT ZEYNALOVA -3 SƏS,
ROBERT VAN BERG – 1 SƏS.
Beləliklə, Elxan Mirhəşimli böyük səs çoxluğu ilə növbəti mərhələdə Niderland Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçildi.
Seçkidə müşahidəçi kimi iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitənin nümayəndələri adından Komitəsinin sədr müavini Elşad Əliyev 9 dekabr 2022 ci il tarixində Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının yeni seçkisinin legitimliyini DİDK-nin tanıdıqlarını bəyan edərək yeni koordinatoru təbrik etdi.
Yeni əlaqələndiricimizi yaxından tanıyaq:
Elxan Mirhəşimli 1966-cı il iyun ayının 27-də Azərbaycanın Qubadlı rayonunda anadan olmuşdur. Orta məktəbi Sumqayıt şəhərində oxuyub. 1984–1991-ci ildə Azərbaycan Memarlıq Universitetini bitirmişdir. 1984–1986-cı illərdə sovet ordusunda qulluq etmişdir. Ailəlidir, 3 övladı var. 2001-ci ildən Niderlandda yaşayır.
2002-ci ildən diaspor fəaliyyəti ilə məşğul olur. 2013-cü ildən Niderlandda Azərbaycan Evi təşkilatı,yaratmışdır. Niderlandda Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini,dilini təbliğ edir. Azərbaycanın siyasi problemi olan Qarabağ problemlərinin həqiqətlərini, Xocalı soyqrımının həqiqətlərini, siyasi həqiqətləri Avropada və əsasən də Niderlandda təbliğ edərək Azərbaycan dövlətinin xarici siyasətini Avropada dəstəkləyir. Azərbaycanın milli maraqlarının qorunmasında iştirak edir.
2022ci il aprel ayında Mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlıların V Qurultayında Elxan Mirhəşimli Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspora Fəaliyyətinə görə” medalı ilə təltif olunmuşdur.
Bu çətin və şərəfli işdə Elxan Mirhəşimliyə uğurlar arzu edirik”.