image-2000x150
image-321422173_455469850120774_9094001951089182764_nbackend

Azərbaycan sahibkarları Orenburq vilayətində biznes missiyası çərçivəsində əməkdaşlığı genişləndirirlər

image-768x150

Dekabrın 20-də Rusiyanın Orenburq vilayətindəki “Mənim Biznesim” Biznes Mərkəzində biznes missiyası çərçivəsində tədbirlər keçirilib. Bu haqda “Diaspornews.a”a “Orenburq vilayətinin Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının rəhbəri Yaşar Məsimov məlumat verib.

Tədbirdə Azərbaycan sahibkarları, yerli müəssisələrin rəhbərləri və Azərbaycanın Orenburq vilayətindəki ictimai təşkilatının nümayəndələri iştirak ediblər. Sonda Azərbaycandan gedən nümayəndə heyəti və tədbirin təşkilatçıları Azərbaycan Mədəniyyət Mərkəzində olublar. “Orenburq vilayətinin Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının rəhbəri Yaşar Məsimov qonaqlara mədəniyyət ocağının eksponatlarını göstərib. Yaşar Məsimov, həmçinin “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” adlı nadir kitabı Orenburq vilayətinin ixraca dəstək mərkəzinin rəsi müavini Anatoli Belov, BXG şirkətinin direktor müavini (Azərbaycan şirkətlərinin operator səfəri) Yevgeni Kalyamov, eləcə də Eyvaz Hüseynov, Rəşad Səmədov və Murad Rəcəbova hədiyyə edib.

Xatırladaq ki, Regional İxraca Dəstək Mərkəzinin köməyi ilə regional şirkətlərin mütəxəssisləri avqustun 2-dən 4-dək Azərbaycanda Orenburq vilayətindən üç müəssisənin nümayəndələrinin iştirakı ilə biznes missiyası keçiriblər. İş adamları qarşılıqlı faydalı müqavilələr bağlamağı planlaşdırırlar. Orenburq vilayətini çörək və qənnadı məmulatları istehsal edən “Qrilyaj”, Rusiyada ən böyük bal məhsulları tədarükçüsü olan “Musixin. Bal dünyası” və gübrə istehsal edən “Maqniyprom” təşkilatı təmsil edirdi. İşgüzar missiya iştirakçıları səfər görüşlərində iştirak edəcək, mümkün alıcılarla fərdi danışıqlar aparacaqlar.

Azərbaycan Rusiyadan buğda, şəkər, süd məhsulları və qənnadı məmulatları alır. Digər məhsullara da yerli sahibkarlar tərəfindən tələbat var. Günəbaxan yağı, elektrik məhsulları, plastik, qeyri-üzvi kimya məhsulları və s. Orenburqdan respublikaya göndərilir. Son beş ildə Orenburq vilayətindən Azərbaycana ixracın həcmi 8,2 dəfə artaraq 59,3 milyon ABŞ dolları təşkil edib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki