image-2000x150
image-8a8accb1-567a-4b88-8ca8-68a1cb06451abackend

Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib

image-768x150

Mayın 5-də Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib. Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirdə yerlli, eləcə də Azərbaycandan rəsmi qonaqlar iştirak ediblər. Belə ki, tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdir müavini Əli Baytalov, Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə, eləcə də Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülmməmədov, Vladiqafqaz şəhərinin meri Vyaçeslav Mildzizxov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Şimali Osetiya-Alaniya milli siyasət və xarici əlaqələr naziri Alan Bağıyev, Şimali Osetiya-Alaniya parlamentinin deputatları: Kuçiyev Qariy, Kozayev Georgi, Şimali Osetiya-Alaniyanın mədəniyyət naziri Eduard Qalazov qatılıblar. Bununla yanaşı, tədbirə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya üzrə nümayəndələri, Daxili İşlər Nazirliyinin nümayəndələri, Şimali Osetiya-Alaniya üzrə Gömrük Xidmətinin və Şimali Osetiya-Alaniya üzrə Sərhəd Xidmətinin nümayəndələri, Şimali Qafqazdakı Azərbaycan ictimai təşkilatlarının sədrləri, eləcə də Şimali Osetiya-Alaniyadakı bütün digər milli-mədəni ictimai təşkilatların sədrləri də iştirak ediblər.

 

 

Təntənəli tədbirlər gül və əklillərin qoyulması ilə başlayıb. Öncə şəhərin mərkəzində ucaldılan 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ziyarət olunub, bu döyüşlərdə vəfat edən azərbaycanlılar anılıb.

Qeyd edək ki, Vladiqafqazda Orxon qəsəbəsinin Rassvet kəndində Böyük Vətən müharibəsi zamanı azərbaycanlılardan ibarət 3 diviziya döyüşüb. Buna görə də həmin kənddə qəhrəmancasına həlak olan soydaşlarımızın şərəfinə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən xatirə abidəsi qoyulub. 5 mayda bu abidəni də ziyarət ediblər. Nəzərə çatdıraq ki, gələn ilin mayın 9-a kimi Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü ilə orada böyük xatirə heykəl ucaldılacaq.

Ardınca Şöhrət Xiyabanında Qafqaz uğrunda döyüşlərdə Osetiyanın azad edilməsində iştirak etmiş 40476 Azərbaycan əsgərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Anım mərasimində Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanıların rolundan danışıb: “İkinci Dünya müharibəsində soydaşlarımız misilsiz qəhrəmanlıqlar göstərib. Xalqımızın igid oğullarının əziz xatirəsini hər zaman dərin ehtiramla yad edirik”. Daha sonra digərləri çıxış edərək soydaşlarımızın İkinci Dünya müharibəsində, o cümlədən Şimali Osetiya torpaqlarının qorunması uğurunda gedən döyüşlərdə göstərdikləri şücaətdən danışıblar.

“Xalqlar dostluğu” adlı təntənəli konsertə başlamazdan əvvəl Azərbaycandan olan yüksək səviyyəli qonaqlarla Şimali Osetiya-Alaniya parlamentinin deputatları arasında görüş olub. Görüşdə Azərbaycan və Osetin xalqları arasında dostluğun daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Təntənəli konsertdən öncə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ömür yolu, Azərbaycan xalının həyatında rolu haqqında danışıb: “Müasir Azərbaycanın yaradıcısı Ulu Öndər Heydər Əliyev şəxsiyyəti haqqında danışmaq çox məsuliyyətlidir. Çünki bu insanın fəaliyyəti yalnız xalqa xidmət üzərində qurulub. Hələ sovet dövründə xalqının inkişafı naminə həyata keçirdiyi islahatlar, o dövrün çətinliklərinə sinə gərərək millətin rifahı naminə gördüyü işlər onun fəaliyyətinin bir hissəsidir. Heydər Əliyev əsl vətən oğlu və xalqa xidmət edən bir şəxs kimi özünü Azərbaycanın ən ağır günündə onun köməyinə çatmaqla bir daha sübut etdi. Dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Bu gün böyük fəxr hissi ilə burada Ulu Öndərin 100 illiyini qeyd edirk. Çox sevinirik ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

image-7d12d7b7-c097-4fc2-ae6d-b6365429ea4e

Ardınca Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sdəri Murtuz Gülmməmədov, millət vəkili Aydın Mirzəzadə və digərləri çıxş edərək Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində Azərbaycanın ikişafından danışıblar. Qeyd olunub ki, Azərbaycanın müasir tarixi Heydər Əliyevdən, Heydər Əliyev isə xalqımızın müasir tarixindən ayrı təsəvvür edilə bilməz.

Tədbir Gəncə Filarmoniyasının və Şimali Osetiya-Alaniya incəsənət ustalarının ifası ilə “Xalqlar dostluğu” konserti ilə başa çatıb. Bu konsertə 700-dən çox soydaşımız və digər millətlərin nümayəndələri qatılıb.

Bütün tədbirlərin təhlükəsizliyi təmin edilməklə, fasiləsiz və yüksək səviyyədə keçirilib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki