image-2000x150
image-10-06-58-16585084835709525138_367x266backend

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri “Şərəf” medalına layiq görülüb

image-768x150

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb.

Bu barədə AZƏRTAC-a AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib.
Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan doqquz əsərindən beşi AYB tərəfindən çap edilib. Hazırda Avrasiya Yazarlar Birliyi Sabir Şahtaxtının “Mil” və böyük Qarabağ Zəfərini tərənnüm edən “Duman çəkiləndə” romanlarını nəşrə hazırlayır.
Y. Öməroğlu bildirib: “İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Birliyimizin ali mükafatını məhz bu gün elan etmək həm də yazıçının peşəkar jurnalist fəaliyyətinə, eləcə də AZƏRTAC-ın bütün kollektivinə olan ehtiramımızdan irəli gəlir”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki