image-2000x150
image-15eb1448-19c6-481a-8dea-24bf6bc8c366backend

Yalova Bəyanatına azərbaycanlı jurnalistlərin təklifi əsasında 3 maddə əlavə edilib

image-768x150

Mərkəzi Türkiyənin Yalova şəhərində yerləşən YAFEM-in, yəni Yalova Folklor Təhsil Mərkəzi, Gənclik və İdman Klubu Dərnəyinin ev sahibliyi və təşəbbüsü ilə hər il keçirilən ənənəvi Türk Boyaları Festivalı çərçivəsində Türk Dünyası Jurnalistlərinin 16-cı Görüşməsi baş tutdu.

“Diaspornews.az” xəbər verir ki, 18-22 iyul 2022 tarixlərində keçirilən Türk Dünyası Jurnalistlərinin 16-cı Görüşməsinə türk dünyasını təmsil edən 20-dən artıq jurnalist qatılmışdı. Türkiyə, Azərbaycan, Əfqanistan, Tatarıstan, İraq Türkmənləri, Makedoniya, Rumıniya, Bolqarıstan və s.

Hər bir jurnalist onları narahat edən problemləri anladır, ənənəvi olaraq yekun qəbul ediləcək Yalova Bəyanatına anlatdığı problemlə bağlı maddənin yer alması üçün çalışırdılar. Bəyanatda qeyd ediləcək maddələr toplantı iştirakçıları tərəfindən səsə qoyularaq qəbul edilirdi.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tədbirdə çıxışa başlamazdan öncə “Bədirdən Kərbəlayə, Kərbəladan Çanaqqalaya, Çanaqqladan Qarabağa bütün şəhidlərimzi bir dəqiqəlik sükutla ayaqda yad edək” təklifi üzərinə hər kəsi şəhidlərin xatirəsini yad etməyə dəvət etdi. Daha sonra nitqinə “Vətən müharibəsində qardaş Türkiyənin əməklərini unutmadıq…” kimi fikirləri ilə davam etdi. Nəticə etibarilə Fuad Hüseynzadə Türkiyə və Azərbaycanın öndərliyi ilə ermənilərə qarşı mübarizə üçün türk dünyasının ortaq “Media Platforması”nın yaradılmasına ehtiyac duyulduğu təklifi ilə öz nitqini Bəyanata ayrıca maddə olaraq qeyd etməyə müvəffəq oldu.

Daha sonra azərbaycanlı jurnalist Sevinc Xanqızı Süleymanova çıxış edərək, öncə ermənilər tərəfindən qətlə yetirilən jurnalistlərin xatirəsini yad etdi, daha sonra 22 iyul Azərbaycanda Milli Mətbuat gününün qeyd edildiyini vurğuladı. Yekun olaraq, ermənilərin amansızcasına müharibə zamanı dinc əhaliyə atəş açdıqlarını, Gəncə, Bərdə, Tərtər hadisələrini video şəklində xarici jurnalistlərə təqdim etdi.

Voicepress.com.tr Beynəlxalq Xəbər və Araşdırma Mərkəzinin rəhbəri, siyasi yazar Ülkər Fərmanqızı öz növbəsində çıxış edərək, azərbaycanlıların Türkiyədə oturum, təhsil, sağlıq, vətəndaşlıq kimi məsələlərdə yaşanan çətinliklərdən bəhs etdi.

Azərbaycanla bağlı üç azərbaycanlı jurnalist çıxış etməklə yanaşı, tarixçi-yazar Ramazan Akbaş və Namik Kamal Universitetinin müəllimi Gökmen Kantar da Qarabağla bağlı nitq söylədi.

Yekun olaraq, qəbul edilən bəyənata azərbaycanlı jurnalistlərin təklifi əsasında 3 maddə əlavə edildi.

image-img-20220721-wa0053

image-ef1a6b54-11fa-4171-af83-0c56b6ae7274

image-img-20220721-wa0127

image-img_20220802_110525

image-img-20220722-wa0062

image-img-20220722-wa0090

image-img-20220722-wa0093

image-img-20220722-wa0121

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki