image-2000x150
image-img_20220916_222657backend

Pakistan məktəbində Ermənistanın təxribatlarından danışılıb

image-768x150

Pakistandakı Pak-Türk Maarif beynəlxalq məktəbdə keçirilən tədbirdə Ermənistanın Azərbaycana qarşı son təxribatları haqqında məlumat verilib.

Bu haqdaDiaspornews.aza Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, fəal diaspor üzvü Şəhla İsayeva məlumat verib.
Məktəbin şahirdi Sinan İqbal çıxışında təəssüflə bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin istiqamətlərində Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın 71 hərbçisi şəhid olub: “Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Sizə demək istəyirəm ki, bu, bizim dünyamızda yeganə problem deyil.  Bizdə də eyni problem var. Kəşmir məsələsi… Başqa ölkələr də var ki, onlar da ədalətsizdirlər.  Müstəqilliklərinə görə cəzalandırılırlar… Ukrayna və Fələstin kimi…
Biz hamımız bu dünyanın gəncləriyik… Bizim vəzifəmiz bu dünyaya sülh və ədalət gətirmək və ölkəmizi inkişaf etdirmək, dünyanı daha yaxşı bir məkana çevirməkdir… Problemlərlə bağlı sosial media vasitəsilə hər kəs səsini ucaltmalıdır”.
Xatırladaq ki, Sinan İqbal Pakistanda fəal diaspor üzvü Şəhla İsayevanın oğludur.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki