image-2000x150
image-5201887179024569221backend

Krasnoyarskda gənc diaspor fəalları təltif ediliblər

image-768x150

Krasnoyarsk şəhərində “Əsrlər boyu xalqların dostluğu” proqramı çərçivəsində fəal Azərbaycan gənclərinin təltifetmə mərasimi keçirilib. Tədbir mayın 11-də A.N. Kuznetsov adına Əmək və Həmrəylik Sarayında baş tutub.

Diaspornews.az xəbər verir ki, tədbirdə çıxış edən Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev muxtariyyətin sədri Taleh Mahmudovun adından gənclərə təşəkkürünü çatdırıb. O, fəalların Azərbaycan xalqının milli-mədəni ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, həmçinin Krasnoyarsk diyarında millətlərarası və dinlərarası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərdiklərini vurğulayıb.

Mərasim zamanı muxtariyyətin ictimai, mədəni və sosial layihələrində fəal iştirak edən gənclər təltif olunublar.

Muxtariyyət rəhbərliyi gənclərin müxtəlif sahələrdə həyata keçirilən layihələrdə mühüm rol oynadığını qeyd edib və mədəni dialoqun inkişafı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

image-5201887179024569222 image-5201887179024569223 image-5201887179024569224 image-5201887179024569225

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki