image-2000x150
image-img_20220301_222956backend

Bakıda Ukraynaya yardımı üçün operativ qərargah yaradılıb

image-768x150

Bakıda Ukraynaya yardımı üçün operativ qərargah yaradılıb. Bu haqda Azərbaycan Ukrayna Konqresi Yasamal rayon nümayəndəsi Lidiya Şestak-Əliyeva məlumat verib.
Mirəli Qaşqay 61 ünvanında yerləşən operativ qərargah Azərbaycan Ukrayna Konqresi, Ukraynanın Azərbaycandakı Konsulluğu və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədovla birlikdə yaradılıb.
Lidiya Şestak-Əliyeva sosial şəbəkələrdə etdiyi müraciətində Ukraynanın indiki vəziyyətinə biganə qalmayanların hamısına dəstək və köməyinə görə minnətdarlığını bildirib: “Bizə həm humanitar, həm də maliyyə yardımı lazımdır, həmçinin könüllülərə ehtiyacımız var. Bakıya gələcək və ya burada qalacaq Ukrayna vətəndaşları üçün mənzil lazımdır.
Biz imkan daxilində ehtiyacı olan insanlara kömək etmək üçün birləşmişik”.

image-img_20220301_223142

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki