image-2000x150
image-0000000000backend

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

image-768x150

“Müasir İnkişaf” İctimai Birliyi və Crossmedia.az Analitik İnformasiya Portalının təşkilatçılığıyla “Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib (Crossmedia.az).

image-0000000000 image-1

Tədbirdə ilk çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü bildirib ki, bugün Azərbaycan mətbuatı öz üzərinə düşən funksiyanı görərək məlumatlandıra, maarifləndirə və əyləndirə bilir. İnternetin və süni intellektin medianın qarşısında yeni tələblər və çağırışlar formalaşdırdığını deyən M.Göyüşlü bütün çətinliklərə rəğmən Azərbaycan mətbuatının fəaliyyətinin təqdir edilməli olduğunu bildirib. O, Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğıdan danışaraq, dövlətin bu istiqamətdə fəaliyyətlər həyata keçirdiyini açıqlayıb. M.Göyüşlü bundan sonra da mətbuatın və jurnalistlərin üzərinə düşən işi görəcəyinə inandığını açıqlayıb.

image-2_1784691286

Millət vəkili, professor Vüqar Rəhimzadə mətbuatın rolundan ətraflı bəhs edib. Dövrün çağırışlarının dəyişdiyini deyən V.Rəhimzadə Şuşa Qlobal Media Forumundan da danışıb. O, qeyd edib ki, Azərbaycan mətbuatının inkişaf dövrü yaşadığını söyləyərək onu müasir dövrün çağırışlarına uyğun davranmalı olduğunu da əlavə edib. Deputat MEDİA Agentliyinin fəaliyyətindən də söz açıb.

image-444whatsapp_image_2026_07_22_at_113659_1784705980

Milli Məclisin deputatı,  siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, mətbuat və informasiya diplomatiyası dövlətin beynəlxalq aləmdə dezinformasiya kampaniyaları, hibrid təhdidlər və informasiya manipulyasiyalarına qarşı mübarizəsində strateji əhəmiyyət daşıyan əsas alətlərdən biridir. Millət vəkilinin sözlərinə görə, rəqəmsallaşma və internet texnologiyalarının sürətli inkişafı informasiyanı dövlətlərin nüfuzunun formalaşdırılmasında, milli maraqların müdafiəsində və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında ən təsirli vasitələrdən birinə çevirib. R.Nəbiyev vurğulayıb ki, Azərbaycan jurnalistika məktəbi zəngin peşə ənənələrinə, milli dəyərlərə və mühüm təcrübəyə malikdir. Xüsusilə Vətən müharibəsi və postmünaqişə dövründə Azərbaycan mediası operativ, dəqiq və etibarlı informasiya təmin etməklə, dezinformasiyaya qarşı effektiv mübarizə aparmaqla və ölkənin haqq səsini beynəlxalq auditoriyaya çatdırmaqla mühüm təcrübə qazanıb. Deputat qeyd edib ki, bu təcrübə öz unikallığı ilə seçilir və müasir informasiya diplomatiyasının uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.

image-5_1784691350

Tədbirə onlayn şəkildə qoşulan Türkiyənin Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı çıxışında bildirib ki, mətbuat nə baş verdi yox, niyə baş verdi sualına da cavab tapmalıdır. Professor qeyd edib ki, hazırda cəmiyyətdə süni intellektin vasitəsilə inqilabi dəyişiklik baş verir və mətbuat da bu dəyişikliyə cavab verə bilməlidir. O, hesab edir ki, media buna cavab verməkdə gecikir.

image-6picture10_1784708676

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, müasir media yeni çağırışlarla üzləşib. Onun sözlərinə görə indi əsas məsələ etibar məsələsi, onun qorunması və süni intellektin gətirdiyi yeniliklərdir. Ə.Nuriyev dezinformasiya məsələlərinə, onun gətirdiyi problemlərə toxunaraq, media savadlılığına ciddi ehtiyac olduğunu qeyd edib.

 

image-7_1784691422
“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağı təşkilatının sədri Akif Aşırlı mətbuat tarixinə ekskurs edərək, Güney Azərbaycanda da bu istiqamətə mühüm fəaliyyətlərin olduğunu vurğulayıb. 151 ildə Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini, maarifləndirmə fəaliyyəti gerçəkləşdirdiyini deyən A.Aşırlı bu istiqamətdə mühüm məqamları qeyd edib. O, Prezident İlham Əliyevə çap mətbuatına verdiyi dəstəyə görə də təşəkkür edib.

image-17_1784692352

Azad Vətən Partiyasının sədri Akif Nağı qəzetlərin, qəzetçiliyin zəifləməsindən söz açıb. O, çap mətbuatının yaşamaq uğrunda mübarizə apardığını bildirib. Partiya sədri çap mətbuatının saxlanılmasının vacib olduğunu açıqlayıb. A.Nağı qəzetlərin çapına, onların arxivləşdirilməsinə və saxlanılmasına xüsusi diqqət göstərməyi vacib saydığını qeyd edib.

 

image-9_1784691454
Mətbuat Şurasının idarə heyətinin üzvü, Əməkdar jurnalist Müşfiq Ələsgərli yeni dövrün texnologiyalarının jurnalistlərə ram olacağını vurğulayıb. Onun sözlərinə görə yeni çağırışlar ancaq yeni texnologiyanın təsiri demək deyil. O, dünyada siyasi savaş getdiyini və dezinformasiyasını yaymaq üçün medianı da özünün alətinə çevirdiyini söyləyib.

image-10_1784691470

Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Pərviz Kazimi həyatının son 20 ilini informasiya mühəndisliyinə həsr etdiyini qeyd edib. Onun sözlərinə görə araşdırmalarının yekununda informasiya maarifçiliyinə gəlib çıxıb. Çıxışçı insanlar üçün informasiya maarifçiliyini vacib hesab etdiyini deyib.

image-11_1784691486

“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz bildirib ki, jurnliastika xəbərləşmədir və bu da insan yaranandan mövcud olub. O, ciddi mətbuatın 19-cu əsrdən yaranmağa başladığını açıqlayıb. Y.Oğuz Həsən bəy Zərdabinin səpdiyi dənin cücərdiyini və Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxdığını söyləyib.

image-12picture16_1784709436

ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı elm-media münasibətlərinə toxunub. O, media nümayəndələrindən, rəhbərlərindən elmi məsələlərə, ideoloji məqamlara lazımi diqqət ayırmamaqda narazılıq edib. M.Ağalarlı ideoloji təxribatlara tarixçilərin cavab verdiyini, lakin bunun kifayət etmədiyini qeyd edib.

image-12_1784691539

Tədbirə onlayn şəkildə qoşulan “Bakı-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev bildirib ki, 151 yaşı olan Azərbaycan mətbuatı çox böyük işlər görüb. O, mətbuatın diqqət etməli olduğu beş mühüm amili xüsusi qeyd edib ki, bu sırada diaspora, Güney Azərbaycan kimi mövzuları da önə çəkib.

image-16_1784692249

Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı cəmiyyətin maarifləndirilməsində, cəhalətə qarşı mübarizədə mətbuatın rolundan danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib. Əski əlifbada çap olunmuş mətbuat nümunələrindən söz açan alim AMEA Əlyazmalar İnstitutunda çox sayda bu cür qəzetlərin, jurnalların qorunub, saxlanıldığını açıqlayıb. O, elmdə, təhsildə və başqa sahələrdə qadınların fəaliyyətini əks etdirən “Şərq qadını” jurnalından söz açıb, onun əməkdaşlar tərəfindən müasir əlifbaya çevrilərək yaxın gələcəkdə nəşrə təqdim ediləcəyini vurğulayıb.

Onlayn şəkildə tədbirə qoşulan Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta çıxışında Güney Azərbaycan məsələsinə diqqət çəkib. O, xaricdəki soydaşlarımızın və güneydəki azərbaycanlıların haqq səsinin çatdırılmasında mətbuatın rolundan danışıb.

image-13_1784691555

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalov II Qarabağ savaşından sonra mətbuatın qarşısında yeni çağırışların yarandığını vurğulayıb. O, informasiyanı doğru şəkildə çatdırmağın çox çətin bir prosesə çevrildiyini qeyd edib. Alim Şuşa Qlobal Forumundan, Azərbaycanın Orta Güc statusundan da söz açıb.

image-18_1784692450

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri, elaz.info saytının baş redaktoru İlahə Bayandur çap mətbuatının çətinliklərindən, yaşadığı problemlərdən danışıb. Çıxışçı bu istiqamətdə təkliflər səsləndirib.

image-14_1784691986

BDU-nun müəllimi, fəlsəfə doktoru Namiq Əhmədov informasiyanın formalaşması, yayılması tarixindən bəhs edib. O, Ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün informasiya blokadasının yarılması istiqamətindəki fəaliyyətlərindən söz açıb. N.Əhmədov ermənilərin anti-türk fəaliyyətlərini xüsusi qeyd edib.

Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Bayraqdar Media saytının baş redaktor müavini Nadir Azəri mətbuatın cəmiyyətin maarifləndirilməsindəki rolundan, çap mətbuatının formalaşdırdığı etibarlı arxiv imkanlarından danışıb.

image-17_1784692352

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Azərbaycana qarşı ermənilərin xaricdə hibrid müharibə apardığını söyləyərək, buna qarşı fəal mübarizə aparmağın vacibliyini xüsusi qeyd edib.

image-5e02c06a_c271_48b3_b7ec_8bb0dc4fc38b_1784701872

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, yazıçı-publisist Əkbər Qoşalı Azərbaycan mətbuatının maarifçilik fəaliyyətindən, peşəkarlığından danışıb. O, mətbuatın gələcəkdə bu istiqamətdə daha da geniş fəaliyyət göstərməsi üçün təkliflərini də səsləndirib.

Çağrı.az saytının baş redaktoru Mübariz Yunus Azərbaycanın klassik ziyalılarının mətbuat fəaliyyətindən geniş söz açıb. O, dəyər yaratmağın vacibliyindən bəhs edərək, hazırkı dönəmdə kimliymizə, dövlətçiliyimizə qarrşı hücumların olmasını qeyd edib. Çıxışçı hər kəsi bu istiqamətdə olan təhlükələrə qarşı mübarizədə birliyə səsləyib.

Tədbirdə eyni zamanda fəlsəfə doktoru Lalə Nəsibova, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Sosial İnkişafa Dəstək təşkilatının sədri Bəxtiyar Həsənov, BDU-nun müəllimləri Nəmənd Rüstəmov və Ramin Rzayev, Oman Dövlət Orkestrinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Əli Zülfüqaroğlu, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Milli Məclisin əməkdaşı Əsli Telmanqızı, Xüsusi Təyinatlı Qazilərin və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Beynəlxalq Həmrəylik Təşkilatının Gürcüstan kordinatoru, Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Beynəlxalq Həmrəylik Təşkilatının Qazaxıstan kordinatoru, Vətən cəmiyyətinin sədri Ömər Səid, Beynəlxalq Həmrəylik Təşkilatının Rusiya kordinatoru, “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova, Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müavini Billurə Hacızadə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin əməkdaşı Elenora Qənbərova, Əməkdar müəllim Aydın Allahverdiyev, təhsil eksperti Rizvan Fikrətoğlu, Crossmedia.az saytının əməkdaşları Ayhan Ağarzayev, Nigar Xəlilli, “Müasir İnkişaf” İctimai Birliyinin idarə heyətinin üzvü Sahil Abbaslı, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Səba Verdiyeva, “Müasir İnkişaf” İctimai Birliyinin “Vətənpərvər Gənclər” Klubunun təmsilçisi, BDU-nun tələbəsi Turqut Ansari, BDU Tələbə Həmkarlar Təşkilatının üzvü Çimnaz Ağayeva, “Müasir İnkişaf” İctimai Birliyinin “Vətənpərvər Gənclər” Klubunun təmsilçisi Banuçiçək Göyüşlü iştirak ediblər.

Sonda tədbir iştirakçıları bir daha Azərbaycan mətbuatının, jurnalistlərinin vacib və fədakar fəaliyyətini qeyd ediblər, medianın internet və süni intellekt dövrünə uyğun transformasiyasının əhəmiyyətini, gələcəkdə türk ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 21 ildən çoxdur fəaliyyət göstərən, əsas Nizamnamə məqsədi türk xalqları arasında əməkdaşlığın inkişafına çalışmaq, onların mədəni inteqrasiyasında yaxından iştirak etmək olan “Müasir İnkişaf” İctimai Birliyi 21 ildən çoxdur fəaliyyət göstərir və bugünə qədər çoxsaylı tədbirlər, layihələr, görüşlər, müzakirələr keçirib.

 

image-89aac593_8274_45ad_ac62_7f39b11cc1fb_1784709117

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki