image-2000x150
image-whatsapp-image-2026-11-29-at-04-27-49backend

 Avstraliyadakı diasporumuz Şimali Kipr Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində iştirak edib

image-768x150

Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin rəhbəri Sara xanım Azərsun iştirak ediblər.

Diaspornews.az xəbər verir ki, noyabrın 28-də Avstraliyanın Sidney şəhərində keçirilən tədbir Şimali Kipr Türk Dərnəyinin təşkilatçılığı və Müge xanım Hüdavərdinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə Türkiyənin Sidneydəki baş konsulu Emre Özkan, Yeni Cənubi Uels (NSW) ştatının parlament üzvü Culiya Fin, Alevi Mədəniyyət Mərkəzinin nümayəndələri, eləcə də müxtəlif ictimai və icma təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mikayıl bəy Oyta Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) adından Şimali Kipr Türk Cümhuriyyətinin 43-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, bu əlamətdar gün münasibətilə Şimali Kipr xalqına xoş arzularını ifadə edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Mikayıl bəy Oyta və Sara xanım Azərsunun tədbirdə iştirakı Azərbaycan icmasının beynəlxalq ictimai tədbirlərdə təmsil olunması və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

 image-whatsapp-image-20sd26-11-29-at-04-27-49image-sss

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki