İyun ayının 18-də Azərbaycan Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət mərkəzinin birgə növbəti toplantısı keçirilib.
Bu haqda “Diaspornews.az”a Azərbaycan Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova məlumat verib.
Toplantıda Mədəniyyət mərkəzi bədii şurasının, Qadın cəmiyyətinin idarə heyətinin və iki cəmiyyətin təşkilat komitəsinin üzvləri iştirak ediblər.
Görüşdə 2022-ci ildə iki təşkilatın birgə fəaliyyəti müzakirə olunub və ilin sonuna qədər həyata keçiriləcək tədbirlər haqda cəmiyyət rəhbərləri Minəvvər Vahabova və Telman Cəlilin çıxışları dinlənilib. Tədbirdə iştirak edən diaspora fəalları birgə fəaliyyətin gələcəkdə daha səmərəli olması üçün öz fikir və təkliflərini bildiriblər.
İlin birinci yarısında iki cəmiyyətin birgə fəaliyyəti təqdirəlayiq hesab olunub və gələcək işlərə daha çox insanların, əsasən də gənclərin cəlb olunmasının məqsədəuyğun olduğu qeyd olunub.