image-2000x150
image-fb_img_1657297402454backend

ABŞ ordusunda azərbaycanlı hərbiçi yüksək vəzifəyə təyin edilib

image-768x150

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Con Naimi Amiral (Nəimi Əsgər oğlu Əmirəl) dünyanın ən güclü və qüdrətli ölkəsinin HDQ-nin 5-ci Donanmasının xarici əlaqələr şöbəsinin rəisi təyin edilib.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olan həmyerlimiz Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. 11 sentyabr 2001-ci il hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb. Vaşinqton Milli Müdafiə Universitetini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. İndiyədək ABŞ ordusunda və NATO təlim missiyalarında müxtəlif vəzifələrdə xidmət edib. Yeni təyinatından öncə Pentaqonda HDQ-nin Mərkəzi Aparatında Rusiya və Avropa departamentinə rəhbərlik edib. Polkovnik rütbəsi daşıyır. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir.

Qeyd edək ki, 5-ci Donanma ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat bölməsidir. Donanmanın məsuliyyət zonasına Hind okeanının qərb hissəsi və Fars körfəzi daxildir. Əsas baza nöqtəsi Manamada (Bəhreyn) yerləşir. 1944-cü ildə yaradılan donanma üç il sonra buraxılıb, amma 1995-ci ildə yenidən bərpa edilib.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki