image-2000x150
image-img_20220212_092759backend

ABŞ qəzetində Azərbaycan icması haqqında yazı dərc olunub

image-768x150

ABŞ-da çıxan həftəlik “The Bukharian Times” qəzetində (http://www.bukhariantimes.org/02_10_2022/mobile/index.html) nəşrin baş redaktoru Rafael Nektalov özünün də iştirak etdiyi, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüş haqda yazısı dərc olunub.

Xatırladaq ki, bu görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin konsulu Ceyhun Novruzov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin diplomatları iştirak ediblər.
Görüşdə səfir icma üzvlərini narahat edən mövzular ətrafında müzakirələr aparıb, onların həlli istiqamətində konkret addımlar atılacağını deyib.
Yığıncağda səfir uzun illərdir ABŞ-da yaşayan və ölkəmizi uğurla təbliğ edən “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin qurucusu, tanınmış mühəndis Yakov Abramova medal təqdim edib. X.İbrahim bildirib ki, medal aktiv diaspor fəaliyyəti ilə hər zaman örnək işlərə imza atan, miliyyətcə yəhudi olsa da, ürəyi Azərbaycanla döyünən Y.Abramova Azərbaycan Təhsil Nazirliyi tərəfindən məzun olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi münasibətilə verilib. Səfir Y.Abramova gələcək fəaliyyətində uğurlar diləyib.
Bütün bunlar haqqında Rafael Nektalov “Yakov Abramov üçün mükafat” adlı bu yazısında ətraflı məlumat verib: “Bu axşam Nyu-York və Nyu-Cersi ştatlarının azərbaycanlı və dağ yəhudi icmalarından olan çoxlu dostlar, fəallar, iş adamları: direktor Mixail Davidov, Lazir Qılılov və bir sıra icmaların əsas və aparıcı üzvləri Rafik Avşalumov, Dr. Vadim Nakhamiyaev və Dr. David Rafailov, idmançılar Rakhamim Shamailov və Samuil Konyuxov, Pinxas ​​Avşalumov, Azərbaycan Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə heyətinin üzvü Minəvvər Vahabovala görüşmək çox xoş oldu.
Gecənin bəzəyi tanınmış və sevilən müğənni, bakılı Tereza olub. Onun Azərbaycan haqqında ifa etdiyi mahnılar qonaqlar tərəfindən alqışla qarşılanıb”.
Rafael Nektalov yazıda özünün, Yakob Abramov və Şimali Karolinadan ABŞ Konqresinə namizədliyini irəli sürmüş gənc siyasətçi Ramin Məmmədovun tədbirdəki çıxışlarını qeyd edib.
“Bu gün diasporumuzda belə böyük işlər görən, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycandan olan bütün insanların birliyini dəstəkləyən Yakov Abramovun yanında olmaqdan məmnunam. Hamımız buradayıq – bir ailə kimi!”-deyə müəllif Minəvvər Vahabovanın onunla bölüşdüyü fikirlərini də yazıda qeyd edib.
Yazıda Amerika-Azərbaycan dostluğunun simvolu olan həmin gecənin Azərbaycanın ABŞ-da dəstəklənməsində həmrəylik nümayiş olduğu vurğulanıb.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki