Bu gün Milli Məslisin sədr müavini Adil Əliyev Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkınla görüşərək təltif edib. “Diaspornews.az” xəbər verir ki, Adil Əliyev İlhan Aşkına Avropada Azərbaycan həqiqətlərinin təbliği də daxil olmaqla göstərdikləri genişmiqyaslı və səmərəli fəaliyyətlərində uğurlar arzu edib.
Xatırladaq ki, İlhan Aşkının rəhbərlik etdiyi dərnək və “Kros medical” şirkəti tərəfindən “Qürbətdən Qarabağa” layihəsi çərcivəsində Milli Məclisin Gənclər və İdman Komitəsinin köməkliyi ilə ölkəmizə 100 ədəd müasir əlil arabaları gətirilərək, ehtiyacı olan qazi və şəhid ailələrinə paylanmışdır.