image-2000x150
image-img-20220422-wa0135backend

Afil Hüseynov: “Zəfər Qurultayının iştirakçısı olmaq böyük fəxrdir”

image-768x150

“44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti var. Bunun rəmzi mənası odur ki, Vətən müharibəsində qazanılan qələbə dünya azərbaycanlılarının şanlı zəfəridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər qurultayıdır. Zəfər Qurultayının iştirakçısı olmaq mənim üçün böyük fəxrdir”. Bu fikirləri Diaspornews.aza Dünya Azərbaycanlılarının V Qurultayın iştirakçısı, Rusiya Federasiyasının Murmansk vilayətinin “Azərbaycan” Mədəniyyət Mərkəzi ictimai təşkilatınının sədri Afil Hüseynov deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca vəzifəsidir: “Dövlət başçısı bu istiqamətdə ardıcıl, düzgün və məqsədyönlü siyasət həyata keçirir. Güclü iqtisadiyyatın, güclü ordunun yaradılması, milli həmrəyliyin təmin edilməsi, cəmiyyətdə yüksək vətənpərvərlik ab-havasının olması və qazanılmış Qələbə Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi, misilsiz xidmətidir. Cənab Prezidentin bu istiqamətdə gördüyü işlər bizlər üçün örnəkdir. Biz öz diaspor məsiliyyətimizi hiss edərək qarşıdakı illərdə də ölkə başcısının tövsiyələrinə uğun olaraq fəaliyyət göstərəcəyik”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki