image-2000x150
image-20240328052825_17107729166063542086_1200x630backend

Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib

image-768x150

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Almaniyada yaşayan diaspor nümayəndələrinin birgə təşkilatçılığı ilə Almaniyanın Euskirçen şəhərində “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva çıxış edərək Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğinə həsr olunan tədbirin təşkilinə kömək göstərənlərə, eləcə də bu görüşün iştirakçısı diaspor nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Almaniya Federativ Respublikasında minlərlə soydaşımızın yaşadığını qeyd edən Sevinc Əliyeva həftəsonu məktəblərinin xaricdə yaşayan azərbaycanlı ailələrdə ana dilimizin qorunmasında xüsusi rolunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniyanın Münster şəhərində fəaliyyət göstərəcək həftəsonu məktəbi haqqında məlumat verən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Monitorinq Mərkəzi ilə sıx əlaqələrinin qurulması və sonrakı mərhələdə onlayn dərslərin təşkili ilə bağlı fikirlərini bölüşüb.

Tədbirə onlayn qoşulan Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, Özbəkistanda Azərbaycan dilinin təbliği və tədrisi istiqamətindəki işlər haqqında məlumat verib.

Daha sonra çıxış edən Monitorinq Mərkəzinin əməkdaşları və digər iştirakçılar Almaniyada yaradılacaq həftəsonu məktəbinin fəaliyyətinə uğurlar arzulayaraq, bu işdə onlara dəstək olacaqlarını bildiriblər.

image-20240328052826_17107729163702515068_1200x630

 image-20240328052825_17107729163001054260_1200x630

image-20240328052825_17107729165686141428_1200x630

image-20240328052825_12

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki