“Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Almaniyanın Dortmund və Hannover şəhərlərində Azərbaycan icması ilə görüşləri keçirildi. Hər iki tədbirdə böyük zövqlə iştirak etdim. Maraqlı təqdimat və müzakirələr oldu. Bütün suallar Komitə sədri tərəfindən cavablandırıldı”. Bu haqda “Diaspornews.az”a Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev məlumat verib.
Ağa Ağayev deyib ki, belə görüşlərin keçirilməsinin Almaniyadakı diasporumuzun birliyi və həmrəyliyinin güclənməsinə çox müsbət təsiri var: “Bu görüşlərdə Almaniyanın 30-dan artıq şəhərində yaşayan soydaşımızın iştirakı bir daha göstərdi ki, bu ölkədə Azərbaycanın diaspor icması formalaşıb. Diqqətçəkən məqam odur ki, insanlar böyük bir maraqla bu kimi tədbirlərdə iştirak edirlər. Hansı ki, əvvələr belə tədbirlərə soydaşlarımız heç də maraq göstərmirdilər. Bu gün isə hər hansı belə tədbirə 50 nəfər çağırırsan, 100 nəfər gəlir. Bu da o deməkdir ki, soydaşlarımızda diaspor işinə maraq artıb. Bu, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı çoxşaxəli işin effektiv nəticəsidir”.