image-2000x150
image-received_5168010196554457backend

Amsterdamda Xocalı soyqırımana həsr olunan tamaşa pantomimo janrında səhnələşdirilib

image-768x150

Xocalı soyqırınının 30-cu il dönümünə həsr edilmiş anım tədbiri Amsterdam şəhərinin Dam meydanında da baş tutub.

Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırovanın qələmə aldığı “Bir gecənin sirri” (Het geheim van een nachtrust) hekayəsi pantomimo janrında burada səhnələşdirilmişdir. Dam meydanında baş tutan tamaşanı izləyənlər Niderlandda yaşayan diaspor fəalları, turistlər və yerli əhali olublar. Tamaşa müəllifin özü tərəfində holland dilində səsləndirilib. Tamaşanın oyunçuları isə gənc vətənpərvər diaspor üzvləri olub.
Frəngiz Bağırova “Diasporneews.az”a bildirib ki, tamaşa olduqca canlı və emosional tərzdə ifa edilib: “Hətta, Xocalı hadisəsi haqqında heç nə bilməyən izləyicilər belə, çox duyğulanmışdılar. Tamaşanın sonunda  seyrçilər  Xocalı hadisəsi haqqında çoxlu suallar verdilər”.
Bütün sualları cavablandıran Frəngiz Bağırova Xocalıda baş verən soyqırımı barədə hər kəsi məlumatlandırıb.  Seyrçilər hadisədən təəssüfləndiklərini bildiriblər və bir daha belə bir qətliamın təkrarlanmamasını arzulayıblar. Ən acı məqam isə  Xocalı soyqırımının hələ də dünya ictimaiyyəti və mötəbər qurumları tərəfindən hüquqi siyasi qiymətinin verilməməsidir.
Tamaşadan sonra diaspora fəalları Ukraynaya dəstək mitinqinə qoşulublar.

image-received_475201770738029

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki