Türkiyədə fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi hər zaman olduğu kimi bu dəfə də soydaşlarımızı yalnız qoymayıb. Uzun müddətdir ki, Antalyanın Kəpəz rayonunda yaşayan Səyyarə Dikicini Qurban bayramı günündə ziyarət ediblər. Qeyd edək ki, ötən il bəhs edilən xanımın yaşadığı evdə yanğın hadisəsi baş vermişdi. Hadisə zamanı ev yararsız hala düşmüşdü. Azərbaycan Xalqlar Dostluğu Dərnəyi Səyyarə Dikicinin evini lazımi əşyalar ilə təmin edib.
Dərnəyin sədri Lalə Həsənova “Diaspornews.az“a bildirib ki, bu ilk deyil: “Biz hər zaman çətin vəziyyətdə olan həmyerlilərimizə (ailə, tələbə, xəstə uşaqlar və s.) könüllü şəkildə maddi və mənəvi dəstəyimizi göstərmişik. Fəaliyyətimizin təməl prinsiplərindən birisi də budur”.