image-2000x150
image-a119f784-68d7-4d69-9c0e-ee208a80f0d3backend

Aralıq dənizinin mavi dərinliklərindən Azərbaycana qardaşlıq mesajı

image-768x150

Azərbaycan sevdalısı- Türkiyənin Sakarya Universitetinin görkəmli alimi, kimya üzrə professoru, Türk dünyasının elmi əməkdaşlığının inkişafına mühüm töhfələr verən professor Ahmet Tutar uzun illərdir ki, Azərbaycanla Türkiyə arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəal fəaliyyət göstərir.

Azərbaycana xüsusi sevgi və rəğbəti ilə seçilən professor Ahmet Tutar illər ərzində dəfələrlə ölkəmizə səfər edib, Bakı, Gəncə və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda, elmi forumların təşkilatçısı və spiker olaraq iştirak edib. Azərbaycan alimləri və gənc tədqiqatçıları ilə sıx əməkdaşlıq edən professor hər zaman Azərbaycanı ikinci Vətəni kimi gördüyünü vurğulayıb.

Azərbaycan sevgisinin və “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiqliyinin rəmzi olaraq professor Aralıq dənizinin mavi dərinliklərində Azərbaycan və Türkiyə bayraqlarını açaraq qardaşlıq mesajı verib. Bu addım iki qardaş xalq arasındakı sarsılmaz dostluğun, ortaq tarix, dil və mədəniyyət bağlarının növbəti ifadəsi kimi dəyərləndirilir.

Professorun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələri deyil, elm və təhsili də əhatə etməli, gələcək nəsillərin inkişafına xidmət etməlidir.

Bu münasibətlə professor bütün Azərbaycan alimlərini, tədqiqatçılarını, doktorantları, magistrantları və tələbələri 24–28 iyun tarixlərində Türkiyənin Sakarya şəhərində Sakarya universitetində keçirilməsi planlaşdırılan Türk Dünyası Elm Konfransına dəvət edib.

Konfrans çərçivəsində kimya, mühəndislik, təbiət elmləri, texnologiya və digər elmi istiqamətlər üzrə müzakirələr aparılacaq, Türk dünyasının elm adamları arasında yeni əməkdaşlıq imkanları yaradılacaq.

Professor bildirib ki, Türk dünyasının elmi potensialının bir araya gətirilməsi gələcək nəsillər üçün daha güclü və innovativ bir mühit formalaşdıracaq, Azərbaycan-Türkiyə qardaşlığını isə daha da möhkəmləndirəcək.

“Bir millət, iki dövlət” anlayışı ilə elm körpülərini birlikdə qururuq.

image-5abfd3d7-8fac-4e22-9dc2-5d15e13f11a0 image-79b0f43a-79da-4490-874b-7cff9bac27c4 image-b4610a62-79b2-4a34-ad8a-f3f9836189ef

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki