image-2000x150
image-img_20220312_094558backend

Arxangelskdə Fərman Salmanovun xatirəsi əbədiləşdirilib

image-768x150

 

Martın 11-də Rusiyanın Arxangelsk şəhərində M.V.Lomonosov adına Şimal Federal Arktika Universitetində görkəmli alim, tədqiqatçı, geoloq, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Geologiya komitəsinin birinci müavini, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və digər mükafatlar laureatı Fərman Qurban oğlu Salmanovun adına Laboratoriyanın açılışı olub.

F.Salmanov nəhəng bir ölkədə 150-dən çox neft yatağı kəşf edərək, adını tarixə qızıl hərflərlə yazdırmağı bacarıb. Məhz onun kəşflərinin nəticələri Rusiya kimi nəhəng bir ölkənin bütün iqtisadiyyatına faydalı təsir göstərib.

Belə bir laboratoriyanın açılması əslən Şəmkir rayonundan olan, görkəmli şəxsiyyətə çevrilmiş bir alimin xatirəsinə ehtiramın ifadəsidir. Həmçinin gələcək nəsillər də onu tanımalı və bilməlidirlər ki, məhz onun kəşfləri neft sənayesinə davamlı olaraq öz töhfəsini verir və MDB ölkələrinin neft sənayesindəki gələcək uğurların əsasını təşkil edir.

Tədris üçün müasir proqram təminatı ilə təchiz olunmuş bu laboratoriya universitetin rektoru, professor E.V.Kudryaşova və Arxangelsk vilayətinin Azərbaycan diasporu Regional İctimai Təşkilatının rəhbəri Tərlan Qasımovun təşəbbüsü ilə yaradılıb.

Açılış mərasimində Şimal Federal Arktika Universitetinin və Arxangelsk vilayət hökumətinin rəhbərləri, qubernator müavini, vilayət dumasının millət vəkilləri, şəhər icra hakimiyyətinin başçısı, Azərbaycanın Rusiyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, alim və mühəndislər iştirak ediblər.

Qeyd edək ki, 2021-ci ildə Moskvada V.İ.Vernadski adına Geologiya muzeyində Fərman Salmanovun 90 illik yubileyinə həsr olunmuş konfrans keçirib. Elə həmin il Moskva Dövlət Geoloji Kəşfiyyat Universitetində görkəmli neft geoloqunun büstü qoyulub.

image-img-20220312-wa0000

image-img_20220312_094726image-img_20220312_094624

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki